Dəniz gözlərində nitqim boğulub,
Mən nə yaziım başdan-başa tərifsən.
Zərif sözü sənlə birgə doğulub,
Sənsə zərif sözündən də zərifsən.
Sən gülməsən bəşəriyyət gülməz ki,
Dünyanın ən nadir xəzinəsisən.
İnsan bu cür gözəl ola bilməz ki,
Sən mələk cinsinin nümunəsisən.
Bu şəhərdə adamlar
Bir-birinin cibində.
Yatır dostlar, qohumlar
Ciblərinin dibində
Ciblər gəlir üz-üzə,
Ciblər adam daşıyır.
Bu şəhərdə adamlar,
Ciblərində yaşıyır.
“ümidimi itirmiş halda
oturmuşsan,
göz yaşların gözlərindən
işartıyla yanaqlarına süzülür
ruhunun sahib olduğu
bədənin əzabıyla qovuşur
bu görüşmələr cox uzun
çəkir , bilirəm
Baxıram bu pəncərədən,
Qəhqəhədir, iniltidir.
Hamı gəlib keçir bir-bir,
Salam dünya, sağ ol dünya.
Kim baş açdı səndən tamam,
Sən nə felsən, nə əməlsən?!
Nə axırsan, nə təməlsən,
Salam dünya, sağ ol dünya.
Yara tək Qarabağ yarası deyil,
Çəkir ondan betər işgəncə Gəncə.
Nə bir iş tapılar, nə bir boş vədə,
Tapılar min cürə işgəncə gəncə.
Yüz geyin qızılnan bürünc əyinə,
Yurdun qannan başqa bürüncəyi nə?
Babalar bürünsün bürüncəyinə,
Qalıb yerdə qalan iş gəncə, gəncə.
Hələ yaşamağım möcüzədir lap,
İnana bilmirəm mən həyatdayam.
Həyat bir oyundur, mənsə oyunçu,
Hələ bu oyunda ehtiyatdayam.
Bir gün çin çıxacaq yuxum ölümlə,
Vaxt gələr olaram qohum ölümlə,
Qaç-tutdu oynayır ruhum ölümlə,
Əzrayıl əmiylə zarafatdayam.